Azərbaycanda iş adamı sahibi olduğu klub üçün bu əziyyətə də qatlaşdı

2 Aprel 20:20 Turan 790
Azərbaycanda iş adamı sahibi olduğu klub üçün bu əziyyətə də qatlaşdı

Tovuz şəhər stadionunun qazonu dəyişdiriləcək.

Bu barədə Sportinfo.az-a «Turan Tovuz»un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov məlumat verib.

Klubun vəzifəli şəxsi bildirib ki, süni meydançanın təbii otla əvəzlənməsi planlaşdırılır. O, bu problemin həllinin İdarə Heyətinin sədri Ehtiram Quliyevin diqqətində olduğunu deyib:

«Mövsümün sonunda bu işə başlamağı nəzərdə tutmuşuq. Süni qazon futbolçulara çox ciddi problem yaradır.

Futbolçuların tez-tez zədələnməsi bununla bağlıdır. Ehtiram müəllim istəyir ki, meydança təbii olsun.

Mayın axırında qazonu dəyişməyə başlasaq, avqusta qədər bitirmək olar. Hazırda müxtəlif şirkətlərlə danışıqlar gedir.

Onlar bizə qiymət təqdim etməlidir ki, hansı məbləğə keyfiyyətli iş görə bilərik. Bütün bunları klubun daxili imkanları hesabına həyata keçirəcəyik.

Həmin vaxta kimi stadionun ərazisindəki ehtiyat meydançanın sahəsini bir qədər genişləndirməliyik. Komandalarımızın gündəlik məşqlərini orada keçə bilməsi üçün bu, çox vacibdir».

Digər Xəbərlər
Xəbər Lenti