“Azərbaycanda əvvəlcə hər şey mənə yad görünürdü, məlumatım yox idi"

1 Aprel 01:10 Turan 306
“Azərbaycanda əvvəlcə hər şey mənə yad görünürdü, məlumatım yox idi"

"Turan Tovuz"un sabiq forvardı, bir müddət əvvəl Bolqarıstada "Lokomotiv"ə (Plovdiv) keçən Martin Petkov Azərbaycan Futbol Premyer Liqasındakı performansından danışıb.

Sportinfo.az xəbər verir ki, “Мач Телеграф”a danışan bolqarıstanlı hücumçu Premyer Liqamızdakı çıxışını belə xatırlayıb:

“Azərbaycanda olmağım pozitiv idi. Əvvəlcə hər şey mənə yad görünürdü, oradakı futbol haqqında o qədər də məlumatım yox idi.

Mən ancaq bu ölkədə olmuş və oynamış insanlarla danışmışdım. Azərbaycan futbolu haqqında mənə yaxın dostum Simeon Slavçev danışdı.

O, mənə çempionat və orada mübarizə aparan komandalar haqqında çox şey söyləmişdi. Orada futbolun səviyyəsi yaxşıdır.

“Qarabağ” lider komandadır və onların Avropa Liqasında nə qədər irəlilədiyini hamımız gördük.

Onlar “Bayer”ə qalib gəlməyə yaxın idilər (2:2, 2:3). Azərbaycanda çoxlu sayda bolqarıstanlı futbolçular oynamışdı. Bu, mənim üçün faydalı təcrübə oldu”.

Digər Xəbərlər
Xəbər Lenti