İkinci Qurban Qurbanov olmaq istəyən

31 Mart 22:30 Turan 7 089
İkinci Qurban Qurbanov olmaq istəyən

Bir məşqçi o zaman yerində sayır, o zaman heç kimə lazım olmur ki, öz üzərində işləmir, daim yeniliklər arxasınca qaçmır.

Qurban Qurbanov bir nümunədir.

Adam Azərbaycanın ən yaxşı, ən güclü məşqçisidir, Avropaya səs salan komanda yaradıb, yenə bununla kifayətlənmir.

Boş vaxt tapan kimi yenə qitənin məşhur klublarına yollanır.

Keçən dəfə də «Bayer»ə getmişdi. Xabi Alonsonun gündəlik işi ilə tanış oldu əv güman ki, bir şeylər öyrəndi.

Qurban Qurbanovun bu xasiyyəti Ayxan Abbasovda da var. «Turan Tovuz» bir oyun xətti üzrə gedən komandaların sıralarını tərk edib.

Sevindirici məqamdır. Avrokuboklara vəsiqə məqsədi ilə mövsümə başlamayan «Turan»ın çəkingən olmayan üslubu xoşagələndir. İzləyirsən, sənə o məşəqqəti yaşatmır.

Görürsən ki, məşqçisi çayın axarına qoşulub lal axmır.

«Səbail»in büdcəsi «Turan»dan xeyli çoxdur. Müqayisə etmək belə, yersizdir, utanırsan.

Lakin «Turan» özündən qat-qat imkanlı rəqibi önündə sərgilədiyi sürətli və seksi futbolu ilə böyümək əzmini nümayiş etdirdi.

Hər məşqçinin məşqçinin öz əlində deyil, heyhat, futbolun şans deyilən ikinci üzü də var. O üz Bayılda «Turan»ın üzünə gülmədi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti