"Təəssüf ki, Bakıda bu problemi yaşayırıq" - Ayxan Abbasov

30 Mart 14:00 Turan 466
"Təəssüf ki, Bakıda bu problemi yaşayırıq" - Ayxan Abbasov

"Yaranmış fasilədən düzgün istifadə etmək bizim üçün önəmli idi".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov dilə gətirib.

O, bunun səbəbini belə izah edib:

"Çünki finişə yaxınlaşırıq. Son 9 oyun qalıb.

Qəbələdə 4 günlük toplanış keçdik. Bir günlük istirahətin ardınca "Səbail"lə oyuna hazırlıqlarımız davam etdi.

"Qəbələ"nin əsas komandası Bakıda idi. Ona görə də əvəzedici komanda ilə yoxlama oyunu keçirdik.

Onların da yaxşı kollektivi var. Yükləmələrdən sonra ağır oyun olmasını da istəmirdik".

Təcrübəli mütəxəssis təlim-məşq toplanışı üçün adət etdikləri kimi Bakıya yox, Qəbələyə üz tutmalarına da aydınlıq gətirib:

"Qəbələni seçməyimizdə əsas səbəb meydançaların durumu idi. Hazırda Qəbələdə olan stadionların örtüyü yaxşı vəziyyətdədir.

Təəssüf ki, Bakıda meydança problemi yaşayırıq. Tovuzdakı stadionun örtüyü sünidir. Zədəli futbolçularımıza görə risk etmək istəmədik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti