AFFA sənəd problemini həll etmədi, bu ölkənin yığmasına çağırıldı

26 Mart 2024 03:20 Turan 2 655
AFFA sənəd problemini həll etmədi, bu ölkənin yığmasına çağırıldı

"Dinamo"nun əvəzedici heyətinin əslən Azərbaycandan olan Yusuf Mehtiyev bu dəfə Gürcüstanın U-18 yığmasına cəlb edilib.

Sportinfo.az xəbər verir ki, bu ay Gürcüstanın U-19 yığmasına dəvət olunmuş forvard indi isə U-18 yığmasına kömək edəcək.

O, Laşa Pirtsxalaişvilinin rəhbərlik etdiyi kollektivin heyətində Portuqaliyaya yollanıb.

O, burada Portuqaliya, Danimarka, Mərakeş yığmalarına qarşı keçiriləcək yoxlama görüşlərində iştirak edəcək.

AFFA Mehtiyevi U-19 yığmamıza cəlb etmək istəsə də, sənəd məsələlərini həll edə bilmədiyi üçün onun millimizdəki çıxışı reallaşmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar