Bölgə klubunda son durum: İkisi qayıtdı, ikisi kənarda qaldı

27 Mart 22:20 Turan 372
Bölgə klubunda son durum: İkisi qayıtdı, ikisi kənarda qaldı

"Turan Tovuz" Qəbələ toplanışını başa vurub.

21 martdan Qəbələyə pənah aparan Qərb təmsilçisi 4 günlük təlim-məşqin ardınca adıçəkilən şəhəri tərk edib.

28-ci turda "Səbail"in qonağı olacaq "Turan Tovuz" oyun gününə kimi Bakıda məskunlaşacaq.

Komandanın zədəli futbolçuları barədə də yeni məlumatlar əldə etmişik.

Belə ki, uzun müddətdir zədədən əziyyət Paçu və Denis Marandiçi Qəbələ toplanışında iştirak ediblər.

Amma iki oyunçu ilə bağlı narahatlıq davam edir.

Söhbət Ayxan Quseynov və Veysəl Rzayevdən gedir.

Adıçəkilənlərin sağlamlıq durumu hələ də məşqlərdə iştirak etməyə imkan vermir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"