Moldovalı müdafiəçi "Qarabağ"a qarşı niyə oynamayıb?

23 Mart 02:09 Turan 643
Moldovalı müdafiəçi "Qarabağ"a qarşı niyə oynamayıb?

"Turan-Tovuz"un moldovalı müdafiəçisi Denis Marandiçi Premyer Liqanın geridə qalan üç turunda meydana çıxmayıb.

Sportinfo.az xəbər verir ki, legioner Azərbaycan Premyer Liqasının 25-ci turunun “Zirə” ilə (1:1) oyunöncəsi son məşqində zədələnib.

Artıq zədəsini sağaldan müdafiəçi iki gündən sonra kollektivlə məşqlərə davam edəcək.

Denisin Premyer Liqanın 28-ci turunun “Səbail”lə görüşünə qədər tam hazır olacaq.

“Səbail” – “Turan Tovuz” matçı martın 30-da “ASCO Arena”da keçiriləcək və görüşə 16:30-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti