Dəqiqləşdi - Premyer Liqa klubu Qəbələyə köç edəcək

20 Mart 14:00 Turan 3 304
Dəqiqləşdi - Premyer Liqa klubu Qəbələyə köç edəcək

Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədə “Turan Tovuz”un keçəcəyi hazırlıq planı məlum olub.

Baş məşqçi Ayxan Abbasov “Qarabağ”la oyunun ardınca futbolçulara 3 günlük istirahət verib.

Kollektiv 21 mart Qəbələdə bir araya gələcək.

Qərb təmsilçisi adıçəkilən şəhərdə martın 25-nə kimi qalacaq.

Və bu müddətdə bir yoxlama görüşü nəzərdə tutulub.

Rəqib isə “Qəbələ-2” kollektivi olacaq.

Xatırladaq ki, Premyer Liqada yaranmış fasilə martın 29-u 28-ci turla başa çatacaq.

“Turan Tovuz” martın 30-u tur çərçivəsində Bakıda “Səbail”in qonağı olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!