Klub sponsorunun diqqətini çəkən mənzərənin FOTOsu BURADA

19 Mart 23:00 Turan 467
Klub sponsorunun diqqətini çəkən mənzərənin FOTOsu BURADA

“Turan Tovuz” – “Qarabağ” qarşılaşmasından əvvəl bölgə klubunun əsas adamı Ehtiram Quliyev stadionun ərazisində var-gəl edirdi.

“Huner Group”un rəhbəri köməkçiləri ilə gəzərkən klubun avtobusunu da gözdən keçirməyi fürsət bildi.

Ehtiram bəyin diqqətini çəkən nəqliyyat vasitəsinin üzərinə həkk olunan piksel şəkillərində kimlərin yer alması idi.

Ayrı-ayrı şəxslərin fotolarını gözdən keçirəndən sonra bir xeyli gülümsədi. Kimə, nəyə, niyə - müəyyənləşdirə bilmədik.

Quliyev oradan ayrılandan sonra bəndəniz də avtobusa yaxınlaşaraq piksel tablosuna nəzər yetirdim.

Mərhum millət vəkili Qənirə Paşayeva, klubun ilk rəhbəri Vidadi Əhmədov, sabiq klub rəsmisi Yaşar Sultanov, indiki prezident Oqtay Abdullayev, Ehtiram bəyin oğlu, xeyli sayda uşaq şəkilləri ilə “bəzənmiş” avtobusun görüntüsünü təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!