Qurban Qurbanovun alternativ variantı qalmadı – Onlar neyləsin?

19 Mart 09:40 Turan 917
Qurban Qurbanovun alternativ variantı qalmadı – Onlar neyləsin?

Çoxdandır «Turan» Tovuzda uduzmurdu. «Qarabağ» buradan 3 xalla apardı.

Amma mən bunu «Turan»ın passivinə yazmazdım.

Əvvəla, «Qarabağ»ın gəlişi ilə Tovuz bayram yerinə döndü. Stadion ağzınadək doldu.

Yerli publika Avropa fatehlərini adlarına və özlərinə layiqli şəkildə qonaqladı. Və elə o ab-hava içində yola saldı.

90 dəqiqəni iki hissəyə bilək. Fasiləyədək olan bölümə «Turan» öz damğasını vurdu. Mərkəzi götürdülər, hesabı açdılar.

Sıx oynadılar, bir-birinə yaxın iki «cəbhə zolağı» çəkdilər. Aydın Bayramov bir neçə epizodda qapıçı kimliyini nümayiş etdirdi.

İkinci hissədə rollar da dəyişdi, ifa tərzi də. Almaniyadan yorğun dönmüş «Qarabağ» dəqiqələr ötdükcə aparıcı simalarını «döyüş»ə atdı.

Qurban Qurbanovun alternativ variantı qalmamışdı - Patrik Andrade, Zubir və Juninyo artıq meydanda olmalı idi.

Belədə fərdi keyfiyyət gücə söykənən əzmkarlığa qalib gəldi.

Səviyyə fərqinin yarandığı, açıq hiss olunduğu yerdə sonluq başqa necə ola bilərdi ki..? Sözsüz, «Turan»ın ustalıq və təcrübəyə qarşı dirənişi tədricən səngiməli idi.

Otto Conun zərbəsinin dirəkdən dönməsiylə «Turan» bəxt qapısından da ümidini üzdü, qisməti ilə barışdı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"