Azərbaycan klubunun müdafiəçisi KONKAKAF Millətlər liqasının dördlər finalına dəvət aldı

19 Mart 2024 02:10 Turan 564
Azərbaycan klubunun müdafiəçisi  KONKAKAF  Millətlər liqasının dördlər finalına dəvət aldı

"Turan Tovuz"un müdafiəçisi Roderik Miller Panama millisinə çağırılıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, yığmanın KONKAKAF Millətlər liqasının dördlər finalı üçün yekun heyətində müdafiəçi də yer alıb.

Panama millisi yarımfinal oyununda martın 21-də Meksika ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə ABŞ və Yamayka milliləri üz-üzə gələcəklər. Turnirin finalı 24 mart tarixində olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti