"Qarabağ"ın səviyyəsi Premyer Liqanın çox üstündədir, amma oynamaq olar"

17 Mart 15:40 Turan 659
"Qarabağ"ın səviyyəsi Premyer Liqanın çox üstündədir, amma oynamaq olar"

"Turan Tovuz"un yarımmüdafiəçisi Fərid Nəbiyev Sportinfo.az-a açıqlama verib.

O, Premyer Liqanın 27-ci turunda üz-üzə gələcəkləri "Qarabağ"la oyun barədə fikirlərini bizimlə bölüşüb:

"Hər kəs "Qarabağ"a qarşı necə hazırlaşırsa, biz də elə. Həmin görüşə daha çox maraq olacaq. Çalışacağıq ki, bura toplaşan azarkeşlərimizi sevindirək".

"Qarabağ" oyunu ilə bu gün bütün Avropanı təəccübləndirməyə davam edir. Onların belə çıxışı sizdə gərginlik yaratmır?" - deyə ünvanladığımız suala isə o, belə cavab verib:

"Əlbəttə, "Qarabağ"ın səviyyəsi bu çempionatımızın çox üstündədir. Amma onlara qarşı da oynamaq olar.

Heç bir komanda onlara qarşı meydana çıxıb gəzmir. Hər kəs bacardığı qədər mübarizə aparır. Biz də öz imkanlarımız çərçivəsində mübarizə aparacağıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!