“Sportinq”in Azərbaycanda olan yetirməsi: “Burada darıxmıram”

11 Mart 21:00 Turan 713
“Sportinq”in Azərbaycanda olan yetirməsi: “Burada darıxmıram”

“Turan Tovuz”un legioneri Alexandro Qarsiya Serrano Sportinfo.az-a açıqlama verib.

Ötən ilin iyulunda Azərbaycana gələn ispaniyalı yarımmüdafiəçi burada vaxtını neçə keçirdiyini söyləyib:

“Asudə vaxtlarımı boş keçirmirəm. Əsasən futbolçularla görüşürəm.

“Sabah”da Kristian Sebalyosla Con İrazabal var, daim əlaqədəyik. “Qəbələ”nin qapısını qoruyan nigeriyalı Kristofer Atanqana ilə vaxtilə İspaniyada eyni liqada çıxış etmişik.

Münasibətimiz yaxşıdır. Ümumiyyətlə, burada darıxmıram”.

28 yaşlı oyunçu "Sportinq Xixon"un yetirməsidir. Qərb klubu onunla 1+1 illik müqavilə imzalayıb.

Serrano karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik"in (Polşa) formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"