"Konkret bir səbəb deyə bilmərəm, amma buna görə sevinirəm"

10 Mart 18:35 Turan 449
"Konkret bir səbəb deyə bilmərəm, amma buna görə sevinirəm"

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 26-cı turunun “Araz-Naxçıvan"la matçından (2:1) sonra sualları cavablandırıb.

- Azarkeşlərimizi, futbolçuları, rəhbərliyi təbrik edirəm. Mühüm oyun idi. "Araz-Naxçıvan" da, biz də yuxarıdan qopmaq istəmirdik. Stressli matç idi. Bəlkə də bu stress hücumda kəsərli olmağımıza mane olurdu. İlk hissədə rəqib yaxşı müdafiə olunurdu. Bir az çətinlik çəkirdik. İkinci hissədə dəyişikliklər etdik. Sona qədər öz şansımızı gözləyib tələsməmək lazım idi. Bu gün bunu gördüm. Üçüncü dövrə bitir. İtkilərimiz, zədələrimiz var. Bəzi oyunçular hazır deyillər. Bunların da təsiri olur.

- Bu mövsüm "Araz-Naxçıvan"a xal verməmisiz. Bu, rəqibi daha yaxşı təhlil etməyinizlə bağlıdır?

- Olur belə şeylər. Bizim də qalib gələ bilmədiyimiz komandalar var. Konkret bir səbəb deyə bilmərəm. Amma buna görə sevinirəm.

- Düşünürdüz ki, Aleks Souza sonradan oyuna girsə, daha çox fayfa verə bilər?

- Aleks tam hazır deyil, zədəsi var idi. Keçən oyunda da risk etdik. Bu gün Xəyal da zədədən sonra oynadı. Özünü yaxşı göstərdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"