Baş məşqçi 3 nəfərə xəbədarlıq etdi – “Qarabağ”a görə

7 Mart 2024 20:00 Turan 1 038
Baş məşqçi 3 nəfərə xəbədarlıq etdi – “Qarabağ”a görə

Çempionatın üçüncü dövrəsində əldə etdiyi nəticələrlə avrokuboklara vəsiqəyə iddiasını ortaya qoyan “Turan Tovuz” növbəti sınaq qarşısındadır.

Qərb təmsilçisi Premyer Liqanın 26-cı turu çərçivəsində doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.

Baş məşqçi Ayxan Abbasov bu oyun üçün 3 futbolçuya xüsusi xəbərdarlıq edib – Brunao, Ayxan Hüseynov və Alexandro Serrano.

Əslində, Denis Marandiçi ilə Paçu də eyni vəziyyətdədir. Amma bu futbolçular zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Adları çəkilən futbolçuların hər birinin 3 sarı vərəqəsi var və cəza səddindədirlər. “Araz-Naxçıvan”la matçda alacaqları mümkün “sarı” növbəti oyunu kənardan izləmələrinə səbəb ola bilər. Bunun üçünsə vərəqə məsələsində son dərəcədə diqqətli davranmalıdırlar.

Növbəti rəqib isə son ölkə çempionu “Qarabağ”dır. Martın 17-dəki qarşılaşma Tovuz şəhər stadionunda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti