“Azərbaycanla Polşa çempionatları arasında fərq ondadır ki...” – İspan qiymət verdi

8 Mart 20:40 Turan 518
“Azərbaycanla Polşa çempionatları arasında fərq ondadır ki...” – İspan qiymət verdi

“Polşa Ekstraklassası ilə Azərbaycan Premyer Liqası arasında diqqətimi çəkən bir vacib məqam var”.

“Turan Tovuz”un ispaniyalı futbolçusu Alexandro Serrano vaxtilə çıxış etdiyi Polşa liqası ilə hazırda top qovduğu Azərbaycan çempionatını müqayisə edib.

Sportinfo.az-a danışan 29 yaşlı yarımmüdafiəçi 2021-22 mövsümündə karyerasında ilk legioner həyatını məhz “panlar ölkəsi”ndə yaşayıb.

Serrano il ərzində “Qurnik Lençna”nın heyətində 30 oyunun iştirakçısı olsa da, mövsümün yekunlarına əsasən komandası aşağı dəstəyə yuvarlanıb.

Tovuzluların “23 nömrə”si Polşa və Azərbaycan çempionatlarını müqayisə edərkən, xüsusi məqamı vurğulayıb:

“Arada ciddi fərq görmürəm. Fərq ondadır ki, Polşada topla daha çox hərəkət imkanın olur.

Hansısa kombinasiyanı qolla tamamlamaq nisbətən rahatdır. Çünki kifayət qədər boş zona yaranır.

Azərbaycanda bu baxımdan çətindir. Komandalar təşkilatlanmış şəkildə oynayır deyə, bəzən böyük qüvvə ilə müdafiə olunurlar.

Bir də görürsən ki, hücumçu geri çəkilib rəqibdən top alır. Diqqətimi çəkən məqam budur.

Amma ümumi götürsək, çempionatlar arasında səviyyə fərqinin eyni olduğunu deyə bilərəm”.

Alexandro Serrano cari mövsümdə “Turan Tovuz”un heyətində Premyer Liqada 25, ölkə kubokunda 1 oyunun iştirakçısı olmaqla 3 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"