“Vurdular, günahı özümüzdə axtarmalıyıq” – İspandan səmimi etiraf

5 Mart 16:40 Turan 436
“Vurdular, günahı özümüzdə axtarmalıyıq” – İspandan səmimi etiraf

“90 dəqiqə rəqibdən üstün oynadıq, çox sayda qol imkanları yaxaladıq. 1 xal qazanmadıq, 2 xal itirdik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano komandasının “Zirə” ilə oyunu barədə danışarkən deyib.

Premyer Liqanın 25-ci turu çərçivəsində Zirə İdman Kompleksinin meydanında baş tutan matçda qərb təmsilçisi hesabı açsa da, azlıqda qalan “qartallar” penaltidən vurulan qolla hesabı bərabərləşdirməyi bacardı.

“Turan Tovuz” qələbə topunu vurmaq üçün çox çalışdı. Lakin istəyinə çata bilmədi və Rəvan Həmzəzadənin final fiti ilə komandalar meydanı 1 xalla tərk etdilər.

İspaniyalı yarımmüdafiəçi itirilən 2 xala görə özlərini günahlandırıb:

“Hesabı açandan sonra bir neçə qol şansımız yaranmışdı. Üstəlik, “Zirə” azlıqda qalmışdı, oyuna nəzarət tam şəkildə əlimizə keçmişdi.

Penalti zamanı kobud səhvə yol verdik və bunun acısını çəkdik. Əlimizə düşən imkanları qola çevirməliydik.

Biz vura bilmədik, onlar vurdular. Ona görə də günahı özümüzdə axtarmalıyıq.

Səhvlərdən nəticə çıxarmalı, qol fürsətlərini dəyərləndirməliyik”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti