“Gül kimi baş məşqçimiz var, nə vaxt şans verilərsə, meydanda canımı qoyuram”

4 Mart 23:20 Turan 442
“Gül kimi baş məşqçimiz var, nə vaxt şans verilərsə, meydanda canımı qoyuram”

“Nə vaxt şans verilərsə, meydanda canımı qoyuram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”in albaniyalı legioneri Belajdi Pusi deyib.

Sözügedən hücumçu əksər hallarda oyuna sonradan daxil olub fayda verdiyi halda, növbəti həftə onu yenidən ehtiyat skamyasında görürük.

Sanki o, baş məşqçinin sehrli çubuğudur. 26 yaşlı forvardı dinləyək:

“Mən bu barədə nəsə deyə bilmərəm.

Futbolçunun işi nədir? Məşq edib oyuna hazırlaşmaq, şans veriləndə, meydanda can qoymaq.

Məqsədim “Turan Tovuz”a kömək etməkdir. İndiyə qədər belə olub, bundan sonra da belə olacaq.

Ötən mövsümdən buradayam. “Turan” mənə çox doğmalaşıb. Gül kimi baş məşqçimiz var. Ayxan Abbasovdan çox razıyam”.

Digər Xəbərlər
Xəbər Lenti