Ən çox maaşı sən al, sonra da… Belə kapitan olar heç?

3 Mart 16:30 Turan 2 707
Ən çox maaşı sən al, sonra da… Belə kapitan olar heç?

Ayxan Abbasovun «Turan»ı mövsümün ən yaxşı səfər oyununu Zirədə keçirdi.

Hesab hər şeyi demir.

Qələbə qazana bilməsələr, 10 nəfərlə qalmış rəqibdən qol buraxsalar da, «Turan»ın sürətli və baxımlı futbolu ilə tərəfdarlarını razı saldığı qənaətindəyəm.
İlk hissədə yaratdıqları və qaçırdıqları qol epizodlarının sayını itirdim.

Gül kimi futbol nümayiş etdirdilər ey!

Hesabı erkən açdılar, davamını gətirə bilmədilər. Bundan başqa hər şey etdilər.

Tiaqo Silva var idi qarşılarında. Portuqaliya qapıçını nəzərə almamışdılar.

Silva azı iki epizodda qonaqların fərqlənməsinə mane oldu.

Kapitan sarğısı yenə Şəhriyar Əliyevin qolunda idi. Ayxan Abbasov çox güzəştə gedir ona.

Kərbəlayi, belə eləmə! Şəhriyar bu komandanın «axil»idir.

Gah ayağını tutur, gah başını, çox oynamır. Oynayanda da ya yarım metrdən boş qapını nişan ala bilmir, ya da ki, penaltiyə səbəbkar olur.

Zirədə də eyni şeyi etdi, 1 xalı alıb rəqibə verdi.

Əliyev «Turan»ın ən ödənişli yerli futbolçusudur. Əgər oyunu ilə komandaya xeyirdən çox ziyan vurursa, baş məşqçi heç kimi və heç nəyi nəzərə almamalıdır, tədbir görməlidir.

Güman ki, Ayxan Abbasov bunu edəcək. Hər halda o, özünün düşməni deyil, ağıllı insandır və çəkdiyi zəhmətin bir-iki nəfər tərəfindən yerə vurulmasına ta dözməyəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI