“Çıxaq gedək? 5 dəqiqə VAR-a baxmaq olar?”

3 Mart 00:40 Turan 458
“Çıxaq gedək? 5 dəqiqə VAR-a baxmaq olar?”

Premyer Liqanın 25-ci turu çərçivəsində “Turan Tovuz” səfərdə “Zirə” ilə qarşılaşıb – 1:1.

Sportinfo.az xəbər verir ki, matçın 11-ci dəqiqəsində qonaqlar Belajdi Pusinin qolu ilə hesabda önə keçib.

Lakin matçın baş hakimi Rəvan Həmzəzadə qolun qeydə alınması üçün VAR-dan cavab gözləyib.

VAR-ın qərarının yubanması “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun narazılığına səbəb olub.

O, qarşılaşmanın dördüncü hakimi İnqilab Məmmədova üzünü tutaraq, “Çıxaq gedək? 5 dəqiqə VAR-a baxmaq olar?” - deyə, sərt şəkildə etirazını bildirib.

Uzun gözləmədən sonra hakimlər qolu qeydə alıblar.

“Zirə” - “Turan Tovuz” matçında VAR hakimi Tural Qurbanov, AVAR-da isə Nicat İsmayıllı olub.

Digər Xəbərlər
Xəbər Lenti