“Avropa haqda düşünmürük, vəziyyət asan deyil”

1 Mart 23:20 Turan 311
“Avropa haqda düşünmürük, vəziyyət asan deyil”

“Düzünü desəm, bu dəqiqə Avropa haqda düşünmürük.

Çox ağır mübarizəyə girişmişik və bunu sona qədər davam etdirmək istəyirik”.

“Turan Tovuz”un azarkeşlər tərəfindən sevilən hücumçusu Belajdi Pusi Sportinfo.az-a açıqlamasında komandasının avrokuboklara vəsiqə şansını dəyərləndirib.

Qərb təmsilçisi qış fasiləsinə qədər Avropaya həvəsli olduğunu göstərmirdi. Yeni ildən etibarən vəziyyət kökündən dəyişdi. Ard-arda yığılan xallar Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin turnir cədvəlindəki durumunu yaxşılaşdırıb.

31 xala sahib olan “Turan Tovuz” “Sabah” və “Araz-Naxçıvan”la birlikdə 6-8-ci yerləri bölüşdürür ki, bu komandaları 2-ci pillədəki “Sumqayıt”dan 5 al ayırır.

Albaniyalı legioner avrokuboklara vəsiqə haqda düşünmədiklərini desə də, mövsümün sonunu gözləməyi məsləhət görüb:

“Siz rəqiblərin adlarına və hadisələrin gedişatına baxın. “Neftçi”ylə bərabərə qaldıq. Qarşıda çətin “Zirə” səfəri var, daha sonra “Araz-Naxçıvan”, “Qarabağ” və sair. Vəziyyət heç də asan deyil.

Ona görə də hər həftə qarşıdakı rəqibi düşünürük, vəsiqəni yox. Yekunda nələrin olacağını mayın sonunda görəcəyik. Şanslı komandaların sayı çoxdur”.

Qərblilərin “9 nömrə”si cari mövsümdə meydana çıxdığı 23 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti