Ayxan Abbasov Tovuzda bu problemin də öhdəsindən gəldi

1 Mart 11:40 Turan 511
Ayxan Abbasov Tovuzda bu problemin də öhdəsindən gəldi

"Turan Tovuz"un ötən mövsüm əsas problemlərindən biri də doğma meydanda o qədər də uğurlu çıxış edə bilməməsi idi.

Əbəs deyil ki, komanda aktivindəki xalların yarıdan çoxunu səfər meydanlarında əldə etmişdi.

Baş məşqçi Ayxan Abbasov açıqlamalarından birində bunu futbolçuların yerli publikanın təzyiqinə tab gətirməməsilə bağlamışdı. Hətta bəzi futbolçular da bu həqiqəti dolayı yolla olsa da etiraf edirdilər.

Amma həmin problemdən bu gün əsər-əlamət qalmayıb.

Deyəsən, təcrübəli mütəxəssis yay fasiləsində yetirmələrinin bu problemini kökündən həll edə bilib.

Doğma divarlar arası hər keçən gün rəqiblər üçün əsl cəhənnəmə çevrilməkdədir.

Buradan xal aparan sevinir.

Xüsusilə də qış fasiləsindən sonra Tovuzda qələbə qazanmaq rəqiblər üçün müşkilə çevrilib.

Mövsümün ikinci yarısı "Səbail" və "Qəbələ"ni məğlub edən Qərb təmsilçisi "Neftçi" ilə bərabərə qalıb.

Ümumilikdə isə evdə keçirdiyi 12 görüşdə cəmi 3 dəfə məğlub olublar. Söhbət "Sabah" (2:3), "Neftçi" (0:1) və "Səbail"ə (1:3) məğlubiyyətlərdən gedir.

Hətta "Qarabağ" belə Tovuz səfərində xal itirib - 2:2.

4 görüşdə heç-heçə edən "Turan"ın aktivində 5 ev qələbəsi var.

Məsələ, ötən sezon Abasovun kollektivi mövsümün bütün ev oyunlarında üst-üstə cəmi 4 qələbə qazana bilmişdi. Fərq göz qamaşdırır.

Mövsümün sonuna kimi tendensiya belə davam etsə, yəqin ki, mövsümün sonu üst pillələrdən birini tutmaq bu komanda adına təəccüb yaratmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti