Bakıdan gələnlərin qəzəblənməsi bu kluba baha başa gəldi – VİDEO+FOTOLAR

27 Fevral 21:20 Turan 629
Bakıdan gələnlərin qəzəblənməsi bu kluba baha başa gəldi – VİDEO+FOTOLAR

“Turan Tovuz”la “Neftçi” arasında bölgədə baş tutan oyun kifayət qədər maraqlı alındı.

Stadiona toplaşanlar 90 dəqiqə ərzində komandaların ifasında vurulan 2 qola tamaşa etdi ki, yekunda hər ikisi aktivinə 1 xal yazdı.

Oyunun çəkisi hər nə qədər ağır olsa da, son dəqiqələrə qədər meydanda və ondan kənarda xoşagəlməz hadisələr yaşanmamışdı. Ta ki, “Turan Tovuz” bərabərlik topunu vurub, növbəti qol şanslarını yaxalayana qədər.

Nə baş verdisə, bir anda “Forza Neftçi”nin yer aldığı tribunada çaxnaşma yaşandı. Problemin ənənəvi polis-azarkeş qarşıdurması olduğunu güman etmişdik ki, bir neçə dəqiqədən sonra əsl səbəb üzə çıxdı.

Sən demə, Bakıdan gələn 50-yə yaxın fanat sevimli komandalarının oyunundan narazı qalıb və bununla bağlı iradını aparıcı futbolçulara çatdırmağa çalışıb. İradları sərt olunca, polislər əsəbi azarkeşləri sakitləşdirməyə çalışıb.

“Forzalılar”ın özündən çıxması meydan sahiblərinə baha başa gəlib. Belə ki, qonaqlar üçün ayrılmış sektorda 10-15 oturacaq sındırılaraq yararsız hala salınıb.

Matç başa çatandan sonra arenanın işçisinin oyunun AFFA nümayəndəsi Azər Əsgərovu həmin tribunaya dəvət edib dəymiş ziyanla bağlı məlumat verməsi diqqətimizdən yayınmadı.

Bu da qonaq tribunanın qarşılaşma başa çatandan sonrakı halı.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI