Azərbaycan klubu doşab alıb, bal çıxıb? - VİDEO

13 Fevral 17:40 Turan 6 172
Azərbaycan klubu doşab alıb, bal çıxıb? - VİDEO

"Aleks Souza "Turan Tovuz"a xeyir verə bilər".

Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Tovuz təmsilçisinin bu qış sıralarına qatdığı braziliyalı hücumçu haqda rəyini dilə gətirib.

Tanınmış teleşərhçi Premyer Liqada ilk qolunu «Sabah»a vuran 23 yaşlı "sambaçı"nın maraqlı oyun tərzinə malik olduğunu bildirib.

Qeyd edib ki, cənubi amerikalı forvard texnikalı futbol sərgiləyir və tezliklə çempionatın tapıntısına çevrmilmək potensialına malikdir.

Qərblilər Aleks De Souza Alkantara ilə 2,5 il müddətində rəsmi müqavilə bağlayıb.

Braziliya “Santos”unun yetirməsi karyerası ərzində Türkiyədə "Boluspor" və Litvada “Hegelman”ın formasını geyinib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI