“Görürəm ki, qətiyyən yanılmamışam, düz yerə gəlmişəm” - YENİ LEGİONER

9 Fevral 20:40 Turan 437
“Görürəm ki, qətiyyən yanılmamışam, düz yerə gəlmişəm” - YENİ LEGİONER

“Bura gəlməyimdə onun əməyi var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un yeni hücumçusu Aleks Souza deyib.

Bu ilin yanvarında Azərbayacan gələn 23 yaşlı braziliyalı komanda yoldaşı olan həmyerlisi Bruno Qonçalveslə bağlı səmimi etiraf edib:

“Qərar verməmişdən öncə ötən ildən burada çıxış edən Bruno ilə danışdım. O, klub və ölkə haqqında mənə çox yaxşı şeylər danışdı.

Bu danışıqlar da qərar verməyimdə mənə çox kömək etdi. Görürəm ki, qətiyyən yanılmamışam.

Düz yerə gəlmişəm. “Turan”da hər şey mənim üçün yeni başlayır. Karyeramda unudulmaz bir səhifə açmaq istəyirəm”.

Tovuz təmsilçisi Aleks De Souza Alkantara ilə 2,5 il müddətində rəsmi müqavilə bağlayıb.

Braziliya “Santos”unun yetirməsi karyerası ərzində Türkiyədə "Boluspor" və Litvada “Hegelman”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti