“Azərbaycanda futbol oynamaqdan zövq alıram”

8 Fevral 02:00 Turan 305
“Azərbaycanda futbol oynamaqdan zövq alıram”

“Azərbaycanda futbol oynamaqdan zövq alıram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un legioneri Paçu Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.

Braziliyalı hücumçu Azərbaycanın yaşamaq üçün mükəmməl ölkə olduğunu bildirib:

“Burada olduğuma görə çox xoşbəxtəm. Azərbaycan çox gözəl ölkədir. Məşq və oyunlardan sonra ailəmlə görməli yerlərdə vaxt keçirməyi sevirəm”.

Onun sözlərinə görə, Premyer Liqanın səviyyəsi də kifayət qədər yüksəkdir:

“Doğma meydanda keçirdiyimiz oyunlar komandaya əlavə stimul verir. Çünki Tovuz azarkeşləri bizim üçün vacibdir”.

27 yaşlı forvard komandasının oyundan-oyuna inkişaf etdiyini söyləyib: “Məqsəd “Turan Tovuz”u yaxşı yerlərə qaldırmaqdır. Öz üzərimizdə çox çalışırıq”.

Paçu bu mövsüm “Turan Tovuz”un heyətində 15 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti