Azərbaycan klubunda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi

7 Fevral 00:30 Turan 352
Azərbaycan klubunda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi

"Turan Tovuz" futbolçusu Budaq Nəsirovla yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Budaq Nəsirov bu mövsüm "Turan Tovuz"un əsas komandasının heyətində 3 oyunda meydana çıxıb.

Yarımmüdafiəçi əvəzedici komandanın heyətində "Səbail-2" ilə keçirilən görüşdə (5:1) komanda yoldaşı Elxan Qasımovu vurduğu üçün 4 oyunluq cəzalandırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti