Klub yoldaşını döyən futbolçunun müqaviləsinə xitam verdi

4 Fevral 18:35 Turan 710
Klub yoldaşını döyən futbolçunun müqaviləsinə xitam verdi

"Turan Tovuz" gənclər yığmasının sabiq yarımmüdafiəçisi Budaq Nəsirovla yollarını ayırıb.

Qərb təmsilçisi 27 yaşlı orta sahə oyunçusu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Buna səbəb onun əvəzedicilərin çempionatında, "Səbail-2" ilə Tovuzda keçirilən matçda (5:1) komanda yoldaşını vurmasıdır.

Dörd ildən sonra futbola dönmüş və ilk addımlarını atdığı doğma rayonunun klubunda özünü göstərmək imkanı əldə etmiş Nəsirov, beləcə, ona verilən şansı mənfi yöndə dəyərləndirib.

Türkiyəyə girişinə «stop» qoyulduğu üçün «Turan»ın yay və qış toplanışlarından kənarda qalan və vaxtını əsasən əvəzedici heyətdə keçirən Budaq artıq azad agent statusu daşıyır.

AFFA İntizam Komitəsi təcavüzkar davranışa görə Budaq Nəsirova 4 oyunluq cəza verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti