Yeni gələn onlardan yaxşıdır – Bu komanda "-1" mərtəbəsinə enməyəcək

4 Fevral 21:40 Turan 422
Yeni gələn onlardan yaxşıdır – Bu komanda "-1" mərtəbəsinə enməyəcək

Ayxan Abbasov «Turan Tovuz»a bir sıra üstünlüklər qazandırıb. Hücum etməyi öyrədib.

Premyer Liqada qalmaq mücadiləsi verən «Turan» mövsümün ən qol vuran komandalarından biridir.

Bu yolda uzun məsafə ediblər. Aleks Souzanın transferi yerinə düşdü - maraqlı biridir.

Düzdür, braziliyalı Türkiyə və Latviyda özünü istədiyi qədər göstərə blməyib, buna rəğmən, o, «Turan»da özünü ilk gündən evdəki kimi hiss etməyə başlayıb, bu da tovuzlu azarkeşləri ümidləndirməlidir.

İlk qolunu «Sabah»a vuran Souza Runi və Oduvadan daha səmərəli olacaq, yetər ki, bir az tez özünə gəlsin.

Abbasovun «Turan»ı standart epizodları qol yollarından biri edib. Neçə belə fraqmenti topu tora göndərməklə sonuclandırıblar.

Oxşar vəziyyətdə qol buraxmağı da bilirlər. Bu, müdafiə xəttinin iki əsas bəlasından biridir. Aydın Bayramovun qapısında gördüyü qola baş məşqçi yıxılmasın, neyləsin?!

Bu səhvləri nə vaxt yığışdırmaq mümkün olsa, onda da «Turan» turnir cədvəlinin yuxarı pillələrinə dırmanacaq. Mən o günü gözləyirəm.

Ona görə gözləyirəm ki, «Turan»ın iştirakıyla keçən medallar uğrunda mübarizə mənə daha maraqlı gəlir. Bununla əlaqəli bir təxminim yoxdur.

Dəqiq bildiyim odur ki, «Turan» autsayderlər qrupunun «-1» mərtəbəsinə enməyəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti