Braziliyalı forvard Azərbaycan klubunda gördüklərini "Sportinfo" ilə bölüşdü

6 Fevral 17:00 Turan 436
Braziliyalı forvard Azərbaycan klubunda gördüklərini "Sportinfo" ilə bölüşdü

“Turan Tovuz”un qış fasiləsində heyətinə qatdığı Aleks Souza Sportinfo.az-a açıqlama verib.

Braziliyalı hücumçu bölgə klubuna keçidi barədə söz açıb:

“Turan”dan mənə təklif gələndə ailəm və nümayəndələrimlə danışdım, təhlil etdik və bu klubun bir hissəsi olmağa qərar verdim.

Burada olduğum bir neçə gündə anladım ki, düzgün qərar vermişəm və çox xoşbəxtəm. Uzun illər burada qalmaq istəyirəm”.

O, qısa müddətdə yeni klubu haqqında səsləndirdiyi müsbət fikirləri belə əsaslandırıb:

“Məşqçi heyəti çox peşəkardır, oyunçular əladır. Meydanda və kənarda, özümü evdəki kimi hiss edirəm.

Biz bir ailəyik və belə gözəl bir yerdə olmaqdan xoşbəxtəm. Bu klubda hər günümdən həzz almaq istəyirəm”.

Braziliyalı forvard yerli publikaya xüsusi təşəkkür edib:

“Hər kəsin məni xoş qarşılamasını çox bəyəndim. Tərəfdarların ilk gündən Tovuzda mənə göstərdikləri sevgiyə görə əvvəlcədən təşəkkür edirəm”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti