Premyer Liqa klubundan qovulan futbolçuya İKİ TƏKLİF var

1 Fevral 22:20 Turan 1 006
Premyer Liqa klubundan qovulan futbolçuya İKİ TƏKLİF var

"Turan Tovuz"un yarımmüdafiəçisi Budaq Nəsirov karyerasını Birinci Liqada davam etdirə bilər.

Onun xidmətində aşağı liqanın iki klubu maraqlıdır.

Söhbət MOİK və "Karvan" klublarından gedir.

Tərəflər razılığa gələ bilsə, 27 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını həmin klublardan birində keçirəcək.

4 il böyük futboldan uzaq qalan tovuzlu futbolçu ilə "Turan" yayda 3 illik rəsmi müqavilə bağlamışdı.

O, "Turan Tovuz-2" - "Səbail-2" görüşündə komanda yoldaşını vurduğuna görə komandadan uzaqlaşdırılıb.

Yarımmüdafiəçi karyerası ərzində “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz” və “Sportinq”də (Portuqaliya) çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI