Komanda yoldaşını döyən futbolçuyla bağlı SƏRT QƏRAR: "Yaxın 2-3 gündə...”

1 Fevral 16:40 Turan 706
Komanda yoldaşını döyən futbolçuyla bağlı SƏRT QƏRAR: "Yaxın 2-3 gündə...”

"Turan Tovuz" futbolçusu ilə bağlı sərt qərar verib.

Komandanın yarımmüdafiəçisi Budaq Nəsirov əsas komandadan uzaqlaşdırılıb.

Bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlama verib:

"Bəli, etdiyi hərəkətə görə əsas komandadan uzaqlaşdırılıb. Onunla bağlı yekun qərar yaxın 2-3 gündə veriləcək"

Xatırladaq ki, yarımmüdafiəçi ilə bağlı belə qərar verilməsinə səbəb Əvəzedicilər Liqasının 20-ci turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununun 72-ci dəqiqəsində komanda yoldaşını vurması olub.

AFFA İntizam Komitsə təcavüzkar hərəkətinə görə, futbolçunu 4 oyun cəzalandırıb.

"Turan Tovuz-2” komandası 300 manat cərimə edib.

Budaq Nəsirov Tovuz klubunun əsas komandası üçün sifariş olunsa da, oyun praktikası qazanması üçün əvəzedici heyətdə də oyunlara çıxırdı.

2019-cu ildən klubsuz qalan yarımmüdafiəçini cari mövsümün əvvəlində Ayxan Abbasov kluba dəvət etmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti