“Turan”da mühüm tədbir – Tovuzdan FOTOREPORTAJ

31 Yanvar 2024 17:20 Turan 800
“Turan”da mühüm tədbir – Tovuzdan FOTOREPORTAJ

“Turan Tovuz” Futbol Akademiyasının məşqçi və futbolçu heyətinə oyun qaydaları ilə bağlı seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, U-15, U-16, U-17 və U-19 komandaları üçün nəzərdə tutulan seminara akademiyanın koordinatoru Rasim Əliyev rəhbərlik edib.

O, oyun qaydalarındakı yeniliklər haqqında məlumat verib. Müxtəlif matçlardan seçilmiş epizodlar müzakirə edilib. Seminar sual-cavab bölməsi ilə başa çatıb.

İki gün əvvəl AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək “Turan Tovuz”un əsas komandasının məşqçi və futbolçu heyətinə oyun qaydaları üzrə seminar keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti