Bakıda problemlə üzləşən bölgə klubu hansı qərarı verdi?

31 Yanvar 2024 17:00 Turan 668
Bakıda problemlə üzləşən bölgə klubu hansı qərarı verdi?

"Turan Tovuz" Premyer Liqanın 21-ci turunda "Sabah"ın qonağı olacaq.

Bölgə klubu Masazır təmsilçisi ilə matça paytaxtda hazırlaşır.

Lakin adət etdiyi kimi Bakı Olimpiya Stadionunda (BOS) yox.

Bilirik ki, Tovuz təmsilçisi uzun müddətdir Bakıdakı məşqlərini BOS-un ehtiyat meydançasında keçirir.

Amma hazırda həmin meydançanın örtüyü yararsız duruma düşüb.

Belədə baş məşqçi Ayxan Abbasov məkan dəyişdirilməsinə qərar verib.

Artıq yeni ünvan da seçilib.

Bu, Mərdakanda yerləşən "Dalğa Arena"dır.

Klub həftəlik məşq proqramını orada tamamlayacaq.

"Sabah" - "Turan Tovuz" oyunun fevralın 3-ü "Bank Respublika Arena"da keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti