“O, hakimləri qoruyur, amma bəzi səhvlərlə razılaşdı”

1 Fevral 09:00 Turan 3 707
“O, hakimləri qoruyur, amma bəzi səhvlərlə razılaşdı”

Xəbər verdiyimiz kimi AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək "Turan Tovuz"un düşərgəsində olub.

Türkiyəli mütəxəssis məşqçi və futbolçu heyətinə oyun qaydalarında edilən son dəyişiklər barədə məlumat verib.

Hamımıza məlumdur ki, bu mövsüm referilərin yanlış qərarlarından ən çox əziyyət çəkən klublardan biri də məhz qərb təmsilçisidir.

Belədə Barış bəyin öz ayağı ilə bölgə klubunun düşərgəsində gəlməsi həm də müzakirələr üçün yaxşı fürsət sayılmalıdır.

Görəsən, həmin fürsət dəyərləndirilibmi?

Sportinfo.az-a açıqlamasında baş məşqçi Ayxan Abbasov qarşı tərəflə müzakirələr aparıldığını bildirib:

"FİFA-nın yeni qaydalar haqqında məlumat verildi. Daha çox topun ələ dəydiyi epizodlarla bağlı danışıldı.

Burada dəyişən qaydalar var. Futbolçular üçün də maraqlı oldu.

Son olaylar haqqında da aramızda müzakirələr getdi. Belə görüşlər olmalıdır.

Bəzi məqamlarda razılaşdıq, bəzilərində yenə fikir ayrılığı yarandı.

Düzdür, Barış Şimşək hakimləri qoruyur. Təbii ki, qorumalıdır da. Amma bəzi səhvlərlə o da razılaşdı.

Gənc hakimlərə şans verir. Həmin hakimlər bundan istifadə etməlidir. Təəssüf ki, onlar da ümidləri doğrultmur.

Edilən səhvlər haqlı söz-söhbətə səbəb olur. O da çox ümid edir ki, səhvlər azalacaq. Hamımızın istəyi budur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti