Xaricdən dəvət olunan yeni hücumçu Azərbaycanın bu bölgəsində isti qarşılandı - VİDEO

30 Yanvar 23:00 Turan 963
Xaricdən dəvət olunan yeni hücumçu Azərbaycanın bu bölgəsində isti qarşılandı - VİDEO

Premyer Liqanın 20-ci turu "Turan Tovuz"un "Səbail" üzərində qələbəsi ilə yadda qaldı - 3:1.

Qarşılaşma həm də Alex Souzanın yerli publika önündə ilk matçı kimi əlamətdar oldu.

Qış fasiləsində qərb təmsilçisinə qoşulan braziliyalını Ayxan Abbasov 71-ci dəqiqədə Otto Conun əvəzinə döyüşə atdı.

22 yaşlı forvard 86-cı dəqiqədə komandasının üçüncü qolunun asistini etməklə diqqətləri üzərinə çəkə bildi.

Onun ötürmədən öncəki reydi tribunaları coşdurdu.

Həmin coşğunun davamı isə final fitindən sonra yaşandı.

Belə ki, kapitan Şəhriyar Əliyev qolundakı sarğını onun qoluna taxaraq azarkeşlərin önünə yolladı.

Tərəfdarlara "üçlü" çəkən "sambaçı" qarşılığında alqış gördü.

Ardınca isə bir neçə "qar topu" ona tərəf atıldı.

Fanatların addımını təbəssümlə qarşılayan "21 nömrə" paltardəyişmə otağına yan aldı.

XANOĞLAN / SPORTİNFO.AZ

Maraqlı görüntülərə səhnə olan həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti