Azərbaycanlı baş məşqçi onu adaşı olduğu üçün oynatmır…

27 Yanvar 17:00 Turan 606
Azərbaycanlı baş məşqçi onu adaşı olduğu üçün oynatmır…

«Turan Tovuz» evdə qələbə qazanmağa çətinlik çəkən komandalardan sayılırdı.

Ötən mövsümün statistikası bizə bunu deyir.

Elə cari yarışmanın ilk yarısında da sindromu qırmaq mümkün olmadı.

Futbolçularla yerl publika arasında o bağ görsənmirdi. Ayxan Abbasov sevinə bilər, artıq o əlaqə yaranmaqda, vəhdətə çevrilməkdədir.

2023-cü ilin Tovuzdakı son qarşılaşmasında «Araz-Naxçıvan»ı 3:1 udmuşdular.

Dünən də «Səbail»i eyni hesabla uddular. Abbasovun ürəyin yağ kimi yayılan yalnız bu seriya deyil, yəqin ki.

Bəlli oldu ki, baş məşqçi Quseynovu adaşı olduğu üçün əsas heyətdə oynaitmır.

Ayxan ardıcıl üç turdur ki, meydanı qol vurmadan tərk etmir. Rusiya doğumlu yarımmüdafiəçi yavaş-yavaş komandanın liderlərindən birinə çevrilməkdədir.

Aleks Souza? Braziliyalı hücumçu bugünlərdə düşərgəni tərk etmiş Martin Petkovun yoxlğunu unutduracaq.

Bir qol vursun, arxasını gətirəcək. Yeddi-səkkiz aydır ayağına top dəyməyən Souza az-maz oyun praktikası toplasın, «Turan»a qələbələr qazandıracaq.

Sürəti və texnikası tribunaları riqqətə gətirəcək qədər xoşagələndir.

Ayxan Abbasov «Zirə» və «Sumqayıt»da möhkəm qozu xatırladan müdafiə xətti yaratmasıyla öyünürdü. «Turan»a gələndən bunu demir.

Arxa zonaya məsul oyunçuların fərdi xətaları ucbatından kifayət qədər xal itiriblər. Bruno da dünən o yanlışlara daha birini əlavə elədi.

Futbol səhvlər oyunudur. Belə səhvlərin sığortası isə yoxdur. 90 dəqiqəni ideal keçirə bilərsən, sonda etdiyin bir səhv hər şeyin üstündən xətt çəkir.

«Turan»ın bəxti gətirdi ki, Paçu üçüncü qolu vurdu, əks halda, son dəqiqələr fərqli məcra alacaqdı.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti