Bölgə klubu başına gələn hadisə ilə bağlı son qərarını verdi

27 Yanvar 22:20 Turan 615
Bölgə klubu başına gələn hadisə ilə bağlı son qərarını verdi

Tovuz şəhər stadionunun qırılan işıq dirəyinin bərpası ilə bağlı işlər hələ də aparılmır.

Gecikməyə səbəb yekun qərarın verilməməsi idi.

Rəhbəlik yalnız qırılan dirəyi, yoxsa digərlərini də dəyişib-dəyşməməkdə tərəddüd edirdi.

Artıq son qərar verilib.

Belə ki, 4 işıq dirəyinin hamısı yenisi ilə bərpa ediləcək.

Bölgə klubunun rəhbərliyi əlavə xərcə düşmək bahasına olsa belə riskə getmək istəməyib.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” matçı zamanı əsən güclü külək stadiondakı işıq dirəklərindən birinin aşmasına səbəb olmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti