"Bakıdan çıxmaq lazımdır"

26 Yanvar 18:10 Turan 603
"Bakıdan çıxmaq lazımdır"

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 20-ci turunun (3:1) "Səbail"ə qarşı keçirilmiş oyunundan sonra mətbuat kofransında danışıb.

- Mühim qələbə idi. Evdə seriyamızı davam etdirmək istəyirdik. Ağır oyundan gəlmişdik. Bu gün futbolçular ilk dəqiqələrdən xarakter göstərdilər. İstədəyimiz hücumlar oldu. Rəqibin boşluqlarından düzgün istifadə etdik. İkinci hissədə oyun bir az dəyişdi. Futbolçularım uduzmaqdan qorxurdu. Bu da normaldır. Ötən oyunda baş verən hadisələr onlara təsir edib. Belə oyunlar vacibdir. "Səbail" yaxşı rəqibdir. Mövsüm davam edir. Maraqlı çempionatdır. Aşağıdan uşzaqlaşırıq, yuxarıya yaxınlaşırıq.

- İstədiyiniz "Turan Tovuz"u görmək üçün nə qədər vaxt lazımdır?

- Əlbəttə vaxt lazımdır. Konkret nəsə demək olmaz. İlk günlə bugünkü "Turan Tovuz" arasında fərq var. Vaxt nə qədər çox olsa, heyət qorunsa, yaxşıya doğru gedəcəyik.

- "Turan Tovuz" evdə "Səbail"ə qalib gələ bilməmişdi. Matça bu motivasiya ilə çıxmışdız?

- Futbolçularım demişdim ki, "Səbail"ə bu mövsüm iki dəfə məğlub olmuşuq. Həmişə istəyirəm ki, bütün komandalardan xal ala bilək. Bu gün ümumi durum bizi motivasiya edirdi. Çünki, azarkeşlərimiz sevindirmək istəyirdik.

- "Kəpəz"lə matçdan sonra demişdiz ki, hakimlərə də qalib gəlməliyik. Bu gün onlara qalib gələ bildiz?

- Çətin oyun idi. Rauf Allahverdiyev öhdəsidən gəldi. Mübarizə çox idi. Hakim yaxşı olanda, həmişə oyundan sonra demişəm. Bizim istədiyimiz odur ki, düzgünlük olsun, oyunun nəticəsinə təsir edən səhvlər baş verməsin. VAR oyuna müdaxilə etməyəndə bizi düşünməyə vadar edir. Ötən oyun ona görə həmin sözü dedim ki, iki eyni epizodda fərqli qərar verdilər.

- Bu gün Sərxan Hacıyevin Tovuza gəlməsi sizcə, hakimliyə təsir etdi?

- Yox. Yəqin ki, Sərxan müəllim maraqlı oyun olduğu üçün gəlmişdi. Çox xoşdur ki, AFFA rəhbərliyi bölgələrdə oyunlara gəlir. Bakıdan çıxmaq lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti