Azərbaycanda bu komandanın arxasınca heç kim getmədi - FOTO

26 Yanvar 16:00 Turan 583
Azərbaycanda bu komandanın arxasınca heç kim getmədi - FOTO

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci turuna start verilib.

Turun açılış matçı Tovuzda start götürüb.

Burada "Turan Tovuz" "Səbail"i qonaq edir.

Adət etdiyimiz kimi meydan sahiblərin dəstəkləməyə çox sayda azarkeş tribunalarda yer alıb.

Lakin qonaqlar barədə durum fərqlidir.

Belə ki, "Səbail"i bütün səfər görüşlərində dəstəkləyən "dənizçilər" azarkeş qrupu Tovuza səfər etməyib.

Buna səbəb son günlər havanın çox sərt keçməsidir.

Qrup üzvləri son anda getməmək qərarını veriblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti