Qatara minən Sərxan Hacıyev Tovuzda kimlərlə görüntüləndi? - FOTO FAKT

26 Yanvar 14:00 Turan 622
Qatara minən Sərxan Hacıyev Tovuzda kimlərlə görüntüləndi? - FOTO FAKT

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci turuna start veriləcək.

Turun açılış matçı Tovuzda start götürəcək.

Burada "Turan Tovuz" "Səbail"i qonaq edəcək.

Qarşılaşmanı izləmək üçün AFFA-nın baş katibi Sərxan Hacıyev də Tovuza səfər edib.

AFFA rəsmisi qərb bölgəsinə qatarla yollanıb.

Onunla eyni qatarda meydan sahiblərinin idarə heyətinin sədri Ehtiram Quliyev, müşaviri Oqtay Abdullayev və digər rəsmilər də olub.

Onlar bərabər görüşün keçiriləcəyi Tovuz şəhər stadionuna yollanıblar.

"Turan Tovuz" - "Səbail" oyunu saat 15:00-da start götürəcək

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti