Azərbaycan futbolunda belə funksioner çətin tapılar...

28 Yanvar 11:30 Turan 724
Azərbaycan futbolunda belə funksioner çətin tapılar...

Uzun müddət "Turan Tovuz"un icraçı direktoru kimi çalışan Nadir Nəbiyevin 2 ay əvvəl vəzifəsi dəyişdirilərək uşaq futbolunun inkişafı üzrə direktor vəzifəsi ilə əvəzləndi.

Ötənlərin tanınan futbolçusu indi də doğma rayonun yeni gənclərinə istiqamət verməklə məşğuldur.

Həm də ən üst səviyyədə.

Hətta veteran forvard fəaliyyətini yalnız ofis otağından görməli olduğu işlərlə yekunlaşdırmır.

O, bəzən futbolka geyinib, gələcəyin Nadir Nəbiyevi olmaq arzusunda olan uşaqlarla bir meydanı da bölüşür.

12 il əvvəl karyerasını bitirən 43 yaşlı funksioner futbolun incəliklərini onlara əyani göstərməyə çalışır.

Həqiqətən, bir klub rəsmisinin bu cür addımı futbolun inkişafına, yeni istedadların üzə çıxmasına, ən əsası yeniyetmələrin futbol həvəsinin, məşqlərə sevgisinin artmasına birbaşa təkandır.

Həm də digər klublarda məsul vəzifəni daşıyan şəxslərə örnəkdir.

Buna görə Nəbiyevə yalnız alqış düşür.

Tovuzlu uşaqlara isə əllərinə düşən gözəl imkanı dəyərləndirmək qalır.

Xatırladaq ki, Nadir Nəbiyev "Turan"nın yetirməsidir. Karyerası ərzində "Turan"dan başqa "Neftçi" və "Xəzər Lənkəran" kimi məşhur klubların formasını geyinib.

O, Azərbaycan millisində 27 oyun keçirib.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti