Azərbaycan klubu yayda gətirdiyi legionerlə yolları ayırdı

25 Yanvar 00:40 Turan 324
Azərbaycan klubu yayda gətirdiyi legionerlə yolları ayırdı

"Turan Tovuz"da qış fasiləsində ikinci ayrılıq gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Martin Petkovla yollarını ayırıb.

Bolqarıstanlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Martin Petkov mövsümün əvvəlində "Turan Tovuz"a keçmişdi. 21 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Turan Tovuz" Sertan Taşkınla da yollarını ayırıb. 26 yaşlı sağ cinah müdafiəçisi Türkiyənin "Manisa" klubuna keçib.

Digər Xəbərlər
Xəbər Lenti