COP29

Azərbaycanda məğlub komandanı stadiondan belə yola saldılar - VİDEO

24 Yanvar 23:40 Turan 594
Azərbaycanda məğlub komandanı stadiondan belə yola saldılar - VİDEO

“Turan Tovuz” qərb derbisində “Kəpəz”ə məğlub oldu.

Gəncəlilərin nominal meydan sahibi olduğu Qəbələ şəhər stadionundakı matçda tovuzlular hesabı erkən açsa da, Faiq Hacıyev qırmızı vərəqə almaqla komandasını çətin vəziyyətə saldı.

Say üstünlüyündən lazımınca istifadə edən Adil Şükürovun rəhbərlik etdiyi kollektiv 2 qol vuraraq 3 xalı aktivinə yazdı.

Sevimli komandalarını dəstəkləmək üçün Tovuzdan Qəbələyə gələn 60-a yaxın azarkeş hakimin final fitindən sonra “Turan Tovuz”a sevgi nümayiş etdirdi.

Onlar məğlub komandanın üzvlərini tribunanın önünə səsləyərək ayaqüstə alqışladı.

HƏBİB / SPORTİNFO.AZ

Futbol adına xoş sayılan anların görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq