COP29

Azərbaycanlı iş adamı bu kluba sponsorluq etməsinə peşman olub…

24 Yanvar 16:00 Turan 814
Azərbaycanlı iş adamı bu kluba sponsorluq etməsinə peşman olub…

Bilmirəm sonra nə olacaq, ancaq mənə elə gəlir ki, Ehtiram Quliyev «Turan Tovuz»a sponsorluq etməsinə indi çox peşmandır.

Oturub-durub başına döyür ki, ay dadi-bidad, mən nə boyda səhvə yol verdim, futbola gəldim, klubu himayəmə götürdüm, xərc çəkdim, bütün bunlar azmış kimi, hələ stress yaşayıram, iztirab çəkirəm.

«Turan Tovuz» hakimlərdən ən çox şikayətçi düşən klubların ilk üçlüyündədir.

Sayını itirmişəm, artıq neçənci dəfədir ki, sosial şəbəkə hesablarından bəyanat yayırlar, hakimlərdən narazılıqlarını müxtəlif yollarla izhar edirlər, müqayisəli videolar yayırlar, onlara qərəzli yanaşmanı faktlarla göz önünə sərirlər.

Daşa deyirsən elə bil, hamısı geri qayıdır, beş çömçə də artıq.

«Kəpəz»ə derbidəki məğlubiyyət gözlənilən deyildi, gözlənilən hakim qərəzi idi. Bu da oldu. Niyə də olmasın?

Ehtiram Quliyevin varlığı AFFA rəhbərliyində təmsil olunan birilərini, həmçinin federasiyanı kənardan idarə edənləri möhkəm narahat eləyir.

Ondan, onun imicindən, son vaxtlar artan nüfuzundan qorxuya düşüblər.

Əli Əliyev kimdir, o birilər kimdir, AFFA-nın başında əyləşənlərdir bu ikili standartları tətbiq eləyən, qərəz kampaniyasını alovlandıranlar və arxasında dayananlar.

Yaqub Məmmədovun təbirincə desək, hakimlər «böyük oyun»un kiçik «peşkalar»ıdır.

Ehtiram Qultyevə, ətrafında olan insanlara, ələlxüsus da Ayxan Abbasova səbr arzulayıram. Adını hakim qoyanların əməli pisliklərinə dözmək həqiqətən çətindir.

Eybi yox, qoy 1 ay da gəlib keçsin, AFFA-da yönətim dəyişsin, bütün daşlar yerinə oturar yəqin.

Ümid etməkdən başqa çarə qalmayıb ta!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq