COP29

Sevgilisindən ayrıldı, özünə qapandı – Azərbaycan klubunun hücumçusunun ŞOK PROBLEMİ!

22 Yanvar 17:00 Turan 1 451
Sevgilisindən ayrıldı, özünə qapandı – Azərbaycan klubunun hücumçusunun ŞOK PROBLEMİ!

"Turan Tovuz" Martin Detelinov Petkovla yollarını ayırmaq istəməsinin səbəbi məlum olub.

Ötən ilin yayından etibarən Azərbaycanda çıxış edən bolqarıstanlı şəxsi həyatında problemlər yaşayır.

Sevgilisindən ayrılan legioner psixoloji sarsıntı keçirib və futbolu ikinci plana atıb. Özünə qapılan hücumçu artıq nevroz olub və hərəkətlərinə əvvəlkitək nəzarət edə bilmr.

Qərb təmsilçisi son aylarda əsas heyətə düşə bilməyən forvardla 2 illik müqaviləni ləğv etmək niyyətindədir.

Rəsmilər Sofiya “Levski”sinin yetirməsi olan hücumçunu bu barədə məlumatlandırıb. Ona kontraktı ikitərəfli qaydada pozmaqla bağlı təklif verilib.

Premyer Liqanın ilk yarısında 3 qol vuran forvard buna gələnə kimi vətənində “Septemvri”nin şərəfini qoruyub.

O, karyerası ərzində “Slaviya” (Bolqarıstan) və “Çernomorets”in (Ukrayna) də formasını geyinib. M Bolqarıstanın 21 yaşlılardan ibarət milli komandasının heyətində 11 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq