COP29

Azərbaycan klubunda 5-ci forvarda nə ehtiyac vardı?

20 Yanvar 16:00 Turan 1 302
Azərbaycan klubunda 5-ci forvarda nə ehtiyac vardı?

"Turan Tovuz"un qış fasiləsində heyətinə qatdığı yeni transferlərdən biri də Alex Souza oldu.

22 yaşlı braziliyalı forvard mövqeyində çıxış edir.

Bununla da Ayxan Abbasovun sərəncamında olan hücumçuların sayı 5-ə yüksəlmiş oldu.

İlk baxışdan hamını "Turan"nın hücumçuya ehtiyacı vardımı" - deyə sualı düşündürməyə başlayıb. Müəyyən müzakirələrlə də rastlaşdım.

Həqiqətən bu transferə ehtiyac vardımı?

Nəzərə alaq ki, bölgə klubu mövsümün birinci yarısından sonra vurduğu qolların sayına görə (29) yalnız lider "Qarabağ"dan (45) geri qalır.

Amma...

Qışa kimi Ayxan Abbasovun sərəncamında 4 forvard - Martin Petkov, Belajdi Pusi, Otto Con və Luiz Paçu idi.

Həmin 29 qoldan yalnız 14-ü həmin 4 hücumçunun aktivindədir. Deməli, komanda olaraq məhsuldarlıq əladır, amma forvardların ümumi statistkası haqda bunu demek olmaz.

Ayrı-ayrılıqda yuxarıda adı çəkilən hücumçuları analiz edəndə heç birində stabillik çatmadığını aydın görmək olar.

Martin Petkov meydana çıxdığı 14 oyunda 3 qol, 1 asistlə yadda qalıb. 21 yaşlı legioner ilk 6 matçda fəallıq göstərib. Sonrakı 12 görüşdə zədədən əziyyət çəkən bolqarıstanlı heç cür toparlana bilmir.

Birinci turda 1 qol, 1 asistlə yadda qalan Otto Con bir də ikinci dövrə ayıldı ki, qol vurmaq lazımdır. Nigeriyalının 18 oyunda vurduğu 6 qoldan 5-i, etdiyi 3 asistindən 2-si məhz ikinci dövrəyə təsadüf edir.

Luiz Paçu ən çox ümid bəslənən legionerlərdən biridir. Lakin aldığı zədələr demək olar birinci dövrəni boşa verməsinə yol açdı. Sonrakı 12 oyun 2 qol vurmağı isə 27 yaşlı braziliyalı üçün uğurlu hesab etmək olmaz.

Belajdi Pusi 18 oyunun hamısında meydanda olan iki hücumçudan biridir. O, 3 qol, 1 asistlə yadda qalıb. Albaniyalı birinci dövrənin ilk 6 turunda 3 qol vurmaqla ümid versə də, sonra yenidən kölgəyə çəkilib.

Göründüyü kimi, komandada məhsuldarlıq var, hücumçularda isə stabillik çatmır.

Digər diqqət edilməli məqam odur ki, Paçu və Pusi daha çox cinaha meylli forvardlardı. Sırf "9 nömrə" kimi Otto Con və Martin Petkov qalır. Onun da biri zədəli və ya cəzalı olanda Abasovun əl-qolu bağlanır.

Daha bir "sanbaçı"nın gəlişi ilə sivir ucda əməlli-başlı rəqabət yarana bilər.

Digər məsələ də ondan ibarətdir ki, Aleks De Souza ilə uzunmüddətli müqavilə (2,5 il) imzalanıb.

Deməli, gənc hücumçu yalnız bu gün üçün yox, həm də gələcək üçün hesablanıb.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq