COP29

"Problem klubla nazirlik arasındadır, bizə dəxli yoxdur"

18 Yanvar 15:00 Turan 530
"Problem klubla nazirlik arasındadır, bizə dəxli yoxdur"

«Turan Tovuz»un futbol akademiyasının yeni tikilən yardımçı binasının istifadə verilməməsiylə bağlı yaranmış problemin səbəbi başqadır».

Bu barədə AFFA-dan Sportinfo.az-a məlumat verilib.

Federasiyadan redaksiyamıza bildirilib ki, klubun daxili imkanları hesabına tikdiyi binanın sənədlərində çatışmazlıqlar mövcuddur:

«Turan Tovuz» oranın açılışını etməzdən əvvəl Fövqəladə Hallar Nazirliyinə müraciət etməli idi. Həmin məktubu nazirliyə göndərməyiblər.

Ona görə də nazirlik binanın qapısına qıfıl vurub. Müvafiq icazə alınmadan oranı açmaq qeyri-mümkündür.

Yəni ki, yaranmış problemin AFFA ilə əlaqəsi yoxdur. Həmin bina AFFA-nın hesabına tikilmiş akademiyaya bitişik deyil, bir qədər aralıda yerləşir.

Bizim ona qarışacağımız ola bilməz. Klub yalnız nazirliyin tələb etdiyi sənədləri hazırlayıb təqdim edəndən və razılıq alandan sonra binanı istifadəyə verə bilər».

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq