COP29

Azərbaycan komandası ev oyunlarını axşam saatlarında keçirə bilməyəcək

18 Yanvar 01:00 Turan 455
Azərbaycan komandası ev oyunlarını axşam saatlarında keçirə bilməyəcək

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ev oyunlarını günorta saatlarında keçirəcək.

Sportinfo.az xəbər verir ki, çempionatın XVIII turunda “Araz-Naxçıvan”la oyun (3:1) zamanı aşan işıqlandırma sistemi hələ düzəldilməyib.

Problem həllini tapana qədər tovuzlular ev matçlarını günorta saatlarında keçirməli olacaqlar.

Klub qırılan projektorla bağlı da heç bir addım atmayıb, hazırda gözləmə mövqeyi tutur. Rəhbərlik bunun üçün aidiyyəti qurumlardan yekun rəy gözləyir.

Ötən il dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının gedişində Tovuz şəhər stadionunda işıq dirəklərindən biri aşıb.

Bu səbəbdən matçın qalan dəqiqələri ertəsi gün oynanılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq