COP29

Premyer Liqa klubunun direktoru: “Çox böyük ehtimalla, hamısı dəyişdiriləcək”

17 Yanvar 19:40 Turan 728
Premyer Liqa klubunun direktoru: “Çox böyük ehtimalla, hamısı dəyişdiriləcək”

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu zamanı aşan Tovuz şəhər stadionunun işıq dirəyi ilə bağlı mütəxəssislər dəyərləndirmə aparırlar.

Bu barədə Sportinfo.az-a “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov məlumat verib.:

Onun bildirdiyinə görə, rəhbərlik işıq dirəyinin dəyişdirilməsi prosesinə başlamaq üçün yekun rəyi gözləyir:

“Doğrudan da, bu, çox pis hadisə oldu. Yenə şükür ki, heç kim xəsarət olmadı.

Əslində, bu dirəklər “Bakı”nın bazasından alınıb. O dirəklər Biləcəri kimi küləkli yerdə illərlə qalıb.

Onları alanda mütəxəssislər çağırılıb, özbaşına alınmayıb. Mütəxəssislərdən rəy almışıq ki, bunlar yararlıdır, ya necə.

Yükgötürmə qabiliyyəti hesablanıb. Gətirib Tovuzda quraşdıranda da yüksək ixtisaslı konstruktorlarla məsləhətləşmə aparılıb.

Bütün proses işin kitabına uyğun aparılıb. Hadisə necə baş verdi, hamı gördü.

Bu, bünövrədən, quraşdırmadan qaynaqlanan hadisə deyil. Dirək dəmir hissədən qırıldı və aşdı.

Hazırda mütəxəssislər dəyərləndirmə aparırlar. Onların rəyinə əsasən, klub rəhbərliyi yekun qərar verəcək.

Çox böyük ehtimalla, stadionda işıq dirəklərinin hamısı dəyişdiriləcək. Baxmayaraq ki, digər üç dirək sağlamdır”.

Dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının 81-ci dəqiqəsində işıq dirəyi aşdığı üçün oyunun son dəqiqələri ertəsi gün təşkil edilib. Tovuzlular matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq